Məşhurların ayaqqabı trendləri

Məşhurların ayaqqabı trendləri
3017 dəfə oxunub
  • A-
  • A
  • A+

Çoxdan məlumdur ki, məşhur insanlar sadəcə oxuduqları mahnılar, çəkildikləri filmlər, fotoları ilə deyil, şəxsi həyatları, geyimləri, istifadə etdikləri aksessuarlarla da  müzakirə obyekti olurlar. Bəzən tənqid edilir, bəzən də örnəyə çevrilirlər. Belə maraq doğuran detallardan biri də ayaqqabılardır.

Axşam.az Türkiyə mətbuatına istinadən türk pop müğənniləri Demet Akalınla Hande Yenerin və model Adriana Limanın ayaqqabı trendlərini təqdim edir.

Demet Akalın 

Libas seçimində fərqli tərzlərə üstünlük verən Demet Akalın, adətən, platforma, üzəri qaşlı və topuqdan bağlanan ayaqqabılar geyinir. Məşhur markaların məhsullarından istifadə edən Akalın dəbdən daha çox özünə yaraşanı seçməyə çalışır.

Hande Yener

Daima ekstravaqant geyimləri ilə diqqət çəkən, Türkiyənin Madonnası adını almış Hande Yener dəbə aludə deyil və daha çox platforma, parıltılı, sadə və pulcuqlu ayaqqabılara üstünlük verir.

Adriana Lima

"Victoriya Secret"in mələyi, gözəl model Adriana Lima geyimdə də, ayaqqabı seçimində də dəbdən geri qalmamağa çalışır və bədən quruluşunu vurğulamaq üçün daha çox paltarına yaraşan şıq, dikdaban ayaqqabılar geyinir.