Elvin yeni klipinin təqdimatını etdi - fotolar

Elvin yeni klipinin təqdimatını etdi - fotolar
4551 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni Elvin Abdullayevin Gürcüstanda çəkdirdiyi klipinin təqdimat mərasimi olub.

Axşam.az-ın məlumatına görə, “Ayrılıb gedirsən” adlı mahnının sözləri Altay Yaşara, musiqisi Ruslan Əhmədoğluna aiddir. İlk təqdimatını keçirən Elvin klipi haqqında ağızdolusu danışıb:

“Ayrılıb gedirsən” Altay Yaşarın rəhbərlik etdiyi “Ozan production” tərəfindən lentə alınıb. Klip ürəyimcə oldu. Elə buna görə də ekran işinə təqdimat keçirməyi qərara aldım. Klipdə tərəf müqabilim əslən azərbaycanlı olan, “Miss Gürcüstan” adını qazanmış Ayseldir".

Qeyd edək ki, təqdimat mərasiminə E.Abdullayevin sənət dostları da qatılıb.

Foto: Rəşad ABBASOV