İrina Şeykin seksual sarisi- fotolar

İrina Şeykin seksual sarisi- fotolar
5252 dəfə oxunub
  • A-
  • A
  • A+

 67-ci Beynəlxalq Kann kinofestivalı tam sürətlə davam edir. Kino həvəskarları gündüzlər festivalın çoxsaylı proqramlarına daxil olan filmləri izləyir, axşamlar isə bəzənib-düzənib, premyeralar olan zalların qarşısına sərilmiş qırmızı xalıdan keçən ulduzlara baxır, onlarla şəkil çəkdirməyə, ya da heç olmasa, toxunmağa çalışırlar. 


Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, dünən qırmızı xalı fransız rejissoru Mişel Xazanaviçusun "Axtarış" filminin premyerasına gələnlər üçün sərilib.
 
Tədbirə hamıdan əvvəl model İrina Şeyk, Rozi Hantinqton-Uaytli və aktrisa Şeron Stoun təşrif buyurub.

İrina Şeyk qırmızı xalıya sarı rəngli uzun libasda çıxıb. Başına saldığı örtük və hind sarilərini xatırladan paltarı ilə gözəl model gecənin ən çox diqqət çəkən qonağı olub.
 
Şeron Stoun isə qısa paltar geyinərək düz ayaqlarını nümayiş etdirib.