Qusarda diplomatlar üçün infotur təşkil edilib - fotolar

Qusarda diplomatlar üçün infotur təşkil edilib - fotolar
1071 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanda fəaliyyət göstərən otuz ölkənin diplomatik nümayəndəlikləri üçün Quba və Qusar rayonlarına infotur təşkil edib.

İnfotur iştirakçıları mayın 20-də Quba rayonunun zəngin turizm potensialı, tarix-memarlıq abidələri, milli mətbəxi, adət və ənənələri ilə tanış olublar.

Axşam.az AzərTAc-a istinadən xəbər verir ki, mayın 21-də Qusar rayonuna səfər edən xarici diplomatlar və onların ailə üzvləri əvvəlcə Şahdağ Qış-Yay Turizm kompleksinə baş çəkib, burada yaradılmış geniş turizm imkanları ilə maraqlanıblar.

Daha sonra Qusar Mədəniyyət Evində qonaqlara yerli incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib. Heydər Əliyev Mərkəzində, Rəsm Qalereyasında və Tarix-Diyarşünaslıq Muzeyində olan İnfotur iştirakçıları Qusardan xoş təəssüratlarla ayrılıblar.

Xarici diplomatları Azərbaycanın zəngin turizm potensialı, tarix-memarlıq abidələri, milli mətbəxi və adət və ənənələri ilə tanış etmək məqsədi daşıyan bu cür turların mütəmadi keçirilməsi nəzərdə tutulur.