Mübariz Mənsimovdan yeni layihə - fotolar

Mübariz Mənsimovdan yeni layihə - fotolar
2308 dəfə oxunub
  • A-
  • A
  • A+

“Palmali” Şirkətlər Qrupu bundan sonra gəmilərini öz gəmiqayırma zavodunda inşa edəcək.

Türkiyənin İzmit vilayətindəki Gölcük bölgəsində yerləşən Armada gəmiqayırma zavodunda eyni vaxtda 2 gəminin əsas korpusunun inşası başlayıb. Gəmilər “Volqa-Don maks” tankeri sinfinə aiddir.

Axşam.az Virtualaz.org-a istinadən bildirir ki, yeni layihə gücləndirilmiş dəniz funksiyasına malikdir, dəniz şəraitində 7100 tonn dedveyt yük götürür, yükgötürmə qabiliyyətini çaylardan keçərkən daha da artıra bilir. Volqa-Don bərə keçidindən və Volqa-Baltiysk su yollarından keçmə qabiliyyətinə malikdir.

Gəmilərin inşasına başlama mərasimində “Palmali” Şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov, tanınmış iş adamı, Fiba Holding İdarə Heyətinin sədri Hüsnü Özyeğin  və  başqa nüfuzlu iş adamları, siyasətçilər iştirak ediblər. Ənənəyə uyğun olaraq xatirə lövhəsi gəminin gövdəsinə bərkidilib, əsas korpusun inşasına start verilib.

İlk gəmi suya gələn ilin fevral ayında endiriləcək.

RST22M tipli  gəminin ümumi uzunluğu 139,95 metr, eni 16,6 metr, bortun hündürlüyü isə 6,0 metrə bərabərdir.

Layihə hazırlanarkən dünya neft şirkətlərinin tələbləri nəzərə alınıb, layihəyə “ЭКО ПРОЕКТ" (ECO-S) tipli Rusiyanın gəmi reqistrinin ekoloji məhdudiyyət sinfi də əlavə olunub.

“Palmalı” şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır, həmçinin digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.