Ayan: "...Biganə qala bilmədim..." - fotolar

Ayan: "...Biganə qala bilmədim..." - fotolar
3332 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva mütaliəni sevən məşhurlardan biridir.

Axşam.az-ın məlumatına görə, bu günlərdə təqdimat mərasimlərindən birinə qatılan sənətçi məkanda satılan kitablara biganə qalmayıb. Müasirlərin yeni əsərlərinə göz gəzdirən Ayan körpəsi Selenanı da unutmayıb.

“Diqqətimi uşaq kitabları çəkdi, biganə qala bilmədim. Vərəqlədim, xoşuma gəldi. Selena hələ ki, bu cür kitablara baxmaq üçün balacadır. İnşallah, növbəti illərdə onun üçün də belə kitablar alacam. Özüm üçün bir neçə kitab aldım. İlk oxuyacağım isə Djodjo Moyesin “Posledneo pismo ot tvoeqo lyubimoqo” (“Sənin sevgilinin son məktubu”) olacaq. Ümimiyyətlə, romanları çox sevirəm. Nə qədər yorulsam da, kitab oxumaq həvəsim azalmır” – deyə sənətçi bildirib.