Kann festivalında azərbaycanlı aktyorun oyunu bəyənildi

Kann festivalında azərbaycanlı aktyorun oyunu bəyənildi
1341 dəfə oxunub
  • A-
  • A
  • A+
67-ci Beynəlxalq Kann kinofestivalı sona çatmaq üzrədir.

Axşam.az-ın məlumatına görə, festivalın qısametraj  bölməsində iştirak edən 3450 ekran işi arasından finala çıxan 9 filmin siyahısında Azərbaycan istehsalı olan "Sonuncu" da var. Rejissor Sergey Pikalov tərəfindən çəkilmiş filmdə baş rolun ifaçısı, aktyor İdris Rüstəmovun oyunu xüsusilə bəyənilib.
    
"Sonuncu" filmi yer üzündəki sonuncu II Dünya Müharibəsi veteranından bəhs edir.

Qeyd edək ki, builki Kann festivalında Azərbaycan S.Pikalovun "Sonuncu", Elmar İmanov və Engin Kundağın "Torn", Rəşad Babayevin "Sərnişin" qısametrajlı filmləri ilə təmsil olunur.