Rəqsanənin yeni klipindən açıq-saçıq fotolar

Rəqsanənin yeni klipindən açıq-saçıq fotolar
5042 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılova Türkiyədə ikinci klipini çəkdirir.

Axşam.az-ın məlumatına görə, sosial şəbəkədə çəkilişləri dünən başlayan ekran işinin fotoları yayılıb. R.İsmayılova açıq-saçıq geyimi və hovuz görüntüləri ilə diqqət çəkib. Sənətçinin klipdəki imici üzərində stilist Elnur Həsənov çalışıb. Ekran işinin rejissoru  Teoman Topçudur.

Qeyd edək ki, Rəqsanə Türkiyədə ilk dəfə “Alma məndən gözlərini” adlı mahnıya klip çəkdirmişdi. Sözügedən ekran işində sənətçi tanınmış ispan modeli Karlos Martinlə kamera qarşısına keçmişdi.

R.İsmayılova hər iki klipini ad günü ərəfəsində mediaya təqdim edəcəyini bildirib. Müğənninin ad günü mayın 25-də olsa da, o, bir az gec qeyd edəcək.