Fatih Terimin qızı ərə getdi

Fatih Terimin qızı ərə getdi
2600 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə milli futbol komandasının baş məşqçisi Fatih Terimin kiçik qızı Busə nişanlısı, futbolçu Əmrə Belözoğlunun qohumu Volkan Bahçekapılı ilə nikah masasına oturub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mayın 16-da  "Shangri-La Bosphorus"da dəbdəbəli toy etməyə hazırlaşan cütlük Soma faciəsindən sonra açıqlama verərək mərasimi təxirə saldığını bildirmişdi.

Bu gün mediada Busə ile Volkanın keçən həftə ailə üzvlərinin iştirakı ilə səssiz-səmirsiz evləndikləri xəbəri yayılıb.

Təzəevlilər, nikah mərasimdən sonra Maldiv adalarına bal ayına yollanıblar.