“Saqqallı qadın” məni qıcıqlandırdı" - Faiq

“Saqqallı qadın” məni qıcıqlandırdı" - Faiq
2123 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Faiq Ağayev “Eurovision 2014”ün qalibi Konçitanın ifasından danışıb.

Müğənni Axşam.az saytına açıqlamasında birinciliyə layiq görülən mahnını çox bəyəndiyini deyib.

“Bu il “Eurovision” sübut etdi ki, sırf siyasətə üstünlük verir. Amma eyni zamanda qəbul edək ki, Konçitanın oxuduğu mahnı birinciliyə layiq idi. Onu radioda və ya başqa yerdə eşidən adam kimin oxuduğu ilə mütləq maraqlanardı. Bu qalibiyyətə Azərbaycan mentallığı ilə yanaşmaq olmaz. Mən mahnını çox bəyəndim. Onun bəstəkarına, şairinə bravo! İfa mükəmməl idi. Məni sadəcə “saqqallı qadın” obrazı qıcıqlandırdı. Amma bu da bir piar idi. Bu kimi addımlar gözə qum səpmək üçündür. Baxın, hələ də hamımız Konçitadan danışırıq. Avropanın istədiyi də elə bu deyilmi?” deyən F.Ağayev təmsilçimiz Dilarə Kazımovanın çıxışına da münasibət bildirib:

“Dilarənin səs imkanlarına söz ola bilməzdi. Səs, istedad baxımından gözəl seçim idi. Amma performans məni qane etmədi. Rejissor işi də qənaətbəxş sayıla bilməz”.

Foto: Rəşad ABBASOV