Ermənistanın "Eurovision 2013" mahnısı (Video)

Ermənistanın "Eurovision 2013" mahnısı (Video)
1670 dəfə oxunub
  • A-
  • A
  • A+

"Lonley Planet" mahnısının musiqisini Britaniyanın "Black Sabbath" rok qrupunun gitarçısı Toni Ayommi yazıb.

Ermənistan "Eurovision 2013" beynəlxalq mahnı müsabiqəsində səslənəcək mahnısını seçib. Qor Sucyan və "Dorians" qrupu yarışmada "Lonley Planet" (Kimsəsiz planet)
adlı mahnı ilə çıxış edəcəklər.

Mahnının musiqisini Britaniyanın "Black Sabbath" rok qrupunun gitarçısı Toni Ayommi, sözlərini isə Vardan Zadoyan yazıb.

Qeyd edək ki, may ayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision 2013" mahnı müsabiqəsinə Ermənistanı təmsil edəcək Qor Sucyan 1987-ci ildə doğulub. 2008-ci ildə o, erməni rok qrupu "Dorians"in vokalisti olub.

ANS PRESS