“Qızıl Palma” mükafatını Nuri Bilge Ceylan qazandı- video, fotolar

“Qızıl Palma” mükafatını Nuri Bilge Ceylan qazandı- video, fotolar
2180 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli rejissor Nuri Bilge Ceylanın "Qış yuxusu" filmi 67-ci Kann Film Festivalında "Qızıl Palma’’ mükafatını qazanıb.

Axşam.az-ın "Hürriyət"ə istinadən məlumatına görə, o, Türkiyə kinosunun 100 illiyində qazandığı mükafatın xoş təsadüf olduğunu bildirib.

Rejissor hər kəsə təşəkkür edərək "Mükafatımı son bir ildə həyatını itirən türk gənclərinə həsr edirəm" deyib.

Festivaldakı digər mükafatları qazananların siyahısını təqdim edirik:

İkinci ən yaxşı film:  “Le Meraviglie”, Rejissor Alice Rohrwatcher, İtaliya
Ən yaxşı rejissor:Foxcatcher”,  Rejissor Benett Miller, ABŞ
Münsiflərin özəl seçimi:Mommy”,  Rejissor  Xavier Dolan, Kanada.
Ən yaxşı ssenari: Leviathan, Rejissor Andrey Zvyagintsev, Rusiya
Ən yaxşı aktyor: Timothy Spall,Mr Turner”, İngiltərə
Ən yaxşı aktrisa: Julianne Moore, “Maps to the Stars”, ABŞ