İbrahim Tatlısəs:"Müslüm Gürsəs bir həftə əvvəl ölmüşdü"

İbrahim Tatlısəs:"Müslüm Gürsəs bir həftə əvvəl ölmüşdü"
1136 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəs müğənni Müslüm Gürsəsin ölüm xəbərindən sonra şok açıqlama verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, açıqlamasıyla hər kəsi təəccübləndirən Tatlısəs Müslüm Gürsəsin bir həftə əvvəl öldüyünü iddia edib:

“Xəstəxana yazdığı ssenarini oynadı. Müslüm babanın beyin ölümü bir həftə əvvəl baş vermişdi. Bunu meneceri də bilirdi, mən də. Hətta xəstəxananın həkimi mənim tanışlarımdan birinə Müslümün öldüyünü amma ailəsinə deyə bilmədikləri üçün aparata bağlı saxladıqlarını demişdi. Həkimlər kimi aldadırlar? Mən bunu Səhiyyə Nazirliyinə də demişəm”.

İbrahim T. daha bir iddia edərək “Müslüm ağ ciyər və ya ürək çatışmazlığından ölməyib, reanimasiyada mikrob qapdığı üçün öldü” deyib.  

Bu hadisədən sonra Müslüm Gürsəsin meneceri “Kim nə deyir desin. Təqribən dörd aydır mən yanında idim və bütün baş verənləri mən bilirəm. Həkimlərə isə əziyyətlərinə görə təşəkkür edirəm, onlar əllərindən gələn hər şeyi təmənnasız etdilər. O bir həftə əvvəl ölməyib, bu səhər (dünən) həkimlərin müdaxilələrinə baxmayaraq onu həyatda saxlaya bilmədik ” deyə İbrahimin iddialarının yalan olduğunu qeyd edib.


İlahə Cəbrayılova