Rihanna: “Ondan uşaq istəyirəm”

Rihanna: “Ondan uşaq istəyirəm”
1559 dəfə oxunub
  • A-
  • A
  • A+

Pop ulduz Rihanna sevgilisi Kris Broundan uşaq istədiyini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni onu döyməsinə baxmayaraq hələ də Krisdən ayrıla bilmir.
 
Jurnalların birinə verdiyi müsahibəsində onu tənqid edən insanlara qulaq asmadığını bildirən Rihanna şəxsi həyatı barədə səmimi açıqlamalar verib:

“Oxuduğum “Stay” mahnısı bir insanın əbədiyyətə qədər davam etməsini istədiyi eşqin hekayəsidir. Bu hissləri hər kəsdə tapa bilməzsiniz. Tapdığınız zaman isə onun getməyinə imkan verməzsiniz”.

Müsahibə zamanı ailə qurmağı planlaşdırdığını söyləyən 25 yaşlı müğənni, gələcəkdə dünyaya gətirəcəyi uşağın atasının da Kris Braun olmasını istədiyini dilə gətirib.

İlahə Cəbrayılova