Baba Vəziroğlunun yubileyi keçirildi - fotolar

Baba Vəziroğlunun yubileyi keçirildi - fotolar
2306 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun 60 illik yubileyi doğulub boya-başa çatdığı İsmayıllı rayonunda qeyd edilib.

Axşam.az-ın məlumatına görə, iki gün davam edən yubiley tədbiri Mollaisaqlı kəndində başlayıb. Tədbirdə 800-dən çox kənd çamaatı, yubilyarın yaxın dostları iştirak edib. Növbəti gün rayon icra başçısının təşəbbüsü ilə Gənclər Sarayında təntənəli gecə keçirilib. İctimai Televiziyanın aparıcısı Mirsaleh Bağırovun təqdimatından sonra səhnəyə buyuran ədibi əvvəlcə icra başçısı Mirdaməd Sadıqov təbrik edib. Daha sonra ziyalıların çıxışları dinlənilib, eyni zamanda Baba Vəziroğlunun sözlərinə yazılan mahnılar səsləndirilib. Xalq artisti Mübariz Tağıyev yaxın dostu haqqında danışıb, onun sözlərinə bəstələnmiş nəğmələri oxuyub.

Gecədə xalq artisti Faiq Ağayev, müğənnilər Lətifə Soyuöz, Elnur Məmmədov, Yaşar Cəlilov, Samir Dərgah, meyxanaçı Namiq Məna və başqalarının ifaları dinlənilib. B.Vəziroğlunun yubiley gecəsində millət vəkilləri Novruz Aslan, Ərəstun Cavadov, Elman Məmmədov, Çingiz Qənizadə, şair Musa Yaqub, rejissor Şeyx Əbdül Mahmudbəyov və bir çox tanınmış ziyalılar və dövlət nümayəndələri iştirak ediblər.