Tanınmışlar hansı brendlərdən geyinir? - sorğu

Tanınmışlar hansı brendlərdən geyinir? -  sorğu
7524 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış simalar hər zaman bahalı brendlərə üz tutduqlarını iddia edirlər. Əksəriyyəti hətta alış-veriş üçün xarici ölkəni seçdiyini də deyir.

Axşam.az məşhurlar arasında sorğu apararaq onların hansı məşhur brendlərdən istifadə etdiklərini öyrənib.

Xalq artisti Aygün Kazımova:
Əsasən «Armani» firmasının geyimlərini bəyənir. Bundan başqa «Fendi», «Christian Dior», «Stella McCartney», «Missoni» kimi məşhur brendlərin geyimlərindən istifadə edir. Ayaqqabılarını isə əsasən məşhur «Marc Jacobs» firmasından alır.

Aparıcı Afaq Gəncəli:
Müxtəlif brendlərə müraciət edir. Ən çox "MaxMara", "Armani", "Etro" və "Gucci"dən alış-veriş edir.

Aparıcı Samirə Rüstəmova:
Ən çox "Zara" və "MaxMara" brendlərinə üstünlük verir. Kosmetik vasitələrini isə "Lancome"dən alır. Ziyafət paltarlarına gəldikdə isə "Magura" brendini seçir.

Rejissor Aqil M.Quliyev:
İtaliya brendlərinə üstünlük verir. İdman stilli geyimlərini «Benetton»dan, digər libaslarını isə «Laura Biagiotti» və «Rocco Barocco»dan alır.

Müğənni Xatun:
Səhnə geyimlərini öz fantaziyası əsasında yerli modelyerlərə tikdirir. Köynəklərini «Valentino»dan, idman stilli geyimlərini «Adidas», «Dolce Gabbana»dan, cinslərini isə «Yudaşkin» firmasından alır.

Müğənni Nadir Qafarzadə:
Müğənni çox vaxt brendə önəm vermədiyini deyir. Onun üçün əsas yaraşmaqdır. Ancaq çox vaxt «Versace», «Dolce Gabbana» və «Chanel» kimi məşhur brendlərə müraciət edir.