"...Özümü öldürmək istəyirəm" - İlhamə

"...Özümü öldürmək istəyirəm" - İlhamə
1865 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İlhamə Qasımova sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərdən şikayətlənib.

Axşam.az-ın məlumatına görə, “Bizim gün” verilişinə qonaq olan sənətçi hərdən tənqidlərdən bezdiyini etiraf edib:

“Hamı biz müğənnilərə tənqidi yanaşır. Hər hərəkətimizə bir söz qoşurlar. Biz beləyik, müğənni "ağır otur, batman gəl" olmalıdır. Efirdə bir az nəyəsə fikir verməsək, evə gedən kimi o qədər söz yazacaqlar ki... Sosial şəbəkədə başlayacaqlar ki, ay ayağını belə qoydun, o sözü dedin, bu cür oturdun... Elə sözlər, tənqidlər yazırlar ki, hərdən oxuyanda özümü öldürmək istəyirəm. Bu cür hallar bizi bezdirir”.