"Dəniz istəyəndə təyyarəyə minir, gedirik xaricə"

"Dəniz istəyəndə təyyarəyə minir, gedirik xaricə"
2961 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emma Ələkbərzadənin aparıcı kimi fəaliyyətə başlayacağı ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, sənətçinin bu layihəsi təxirə düşüb. Səbəb isə E.Ələkbərzadənin Amerikaya səfəridir. O, aparıcılıq edəcəyi verilişin gələn il yayımlanacağını bildirib:

“Verilişə başlaya bilmirəm, çünki hər 20 gündən bir təyyarəyə minib Amerikaya uçuram. Bu vəziyyət dekabra kimi davam edəcək. Bir neçə gündən sonra yenə getməliyəm. Buna görə də verilişə yeni ildə başlayacam”.

Verilişində həyat yoldaşının hazırladığı pəhriz yeməklərini təqdim edəcəyini deyən E.Ələkbərzadə ondan şikayətlənib:

“Hamı deyir ki, həyat yoldaşın aşpazdır, sənə ləzzətli yeməklər hazırlayır. Amma onun mənim üçün bişirdiyi tək yemək manqalda balıqdır. Üzərinə də limon sıxıb verir. İlk tanış olduğumuz gündən mənə söz verib ki, steyk hazırlayacaq. Hələ də  bişirməyib. Bişirdiyi gün fotosunu çəkib, İnstaqramda paylaşacam”.

Yay istirahətindən bəhs edən Emma Bakıda dənizə getmədiyini deyib:

“Burada dənizə gedəndə adama elə baxırlar ki... Əvvəllər gedirdim, son vaxtlar istəmirəm. Gah yaxınlaşıb salam verirlər, gah da gözləri ilə adamı yeyirlər. Nifrət edirəm o təbəqəyə... Ürəyim dəniz istəyəndə təyyarəyə minirəm, gedir okeanda üzüb, dincəlib gəlirəm”.