Ulduz futbolçu evləndi - fotolar

Ulduz futbolçu evləndi - fotolar
3584 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən Türkiyənin “Galatasaray” futbol klubunun oyunçusu Burak Yılmazın toyu olub.

Axşam.az “Haberturk”ə istinadən xəbər verir ki, Antalyada İstem Atilla ilə nikahı bağlanan futbolçunu baş nazir Rəcəb Tayyib Ərdoğan da təbrik edib. Telefonla təbrikini çatdıran baş nazir onlardan “üç uşaq” dünyaya gətirməyi istəyib.

Toy mərasimində Türkiyənin məşhur simaları və futbolçuları da iştirak ediblər.

Nikah zamanı Burak Yılmaz “həyatımın ən mənalı qolunu vurdum. Həyat yoldaşıma mənə yenidən bu şansı verdiyi üçün təşəkkür edirəm” deyib.

Nikah mərasimindən sonra cütlük göyərçin uçurdub.

Qeyd edək ki, İstem Atilla Burak Yılmazın uşaqlıq sevgisidir. Onlar 2009-cu ildə ailə qurmağa hazırlaşsalar da, toydan cəmi bir gün qabaq dava edərək ayrılmışdılar.