Aygün: "...Milyonlar gəlir"

Aygün: "...Milyonlar gəlir"
2470 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımovanın avtomobil qəzası keçirib, öldüyü xəbəri yayıldı.

Axşam.az-ın məlumatına görə, müğənni bu barədə “Onlar” verilişinə açıqlamasında danışıb:

“Nə pis imiş ölüm xəbərinin yayılması. Telefonumun batareyası bitib. Qəfildən dayanmadan zənglər gəlir. İclasda idim. Telefona cavab verə bilmirdim. Qızım zəng edəndə açdım... Sonra başa düşdüm ki, nə məsələdir. Məndə ölən sifət yoxdur. Məni öldürə bilməzsiniz. Çox pis piyar idi. Kim istəyər belə piyarı? Şeytan işidir bu”.

Yeniliklərindən danışan A.Kazımova klip üçün ondan külli miqdarda pul istəndiyini deyib:

“Hələ "Təsadüf" mahnısının aranjimanı bitməyib. Ritmlər artacaq. Bilirsiniz ki, ritm mənim üçün önəmlidir. Yeni menecerim var. Türk müğənnisi Zaranın qardaşıdır. Həm onun, həm də mənim menecerimdir. Yeni ansambl yığılıb mənim üçün. Bədii rəhbəri tanınmış musiqiçidir. Bir azdan məşqlər başlayacaq. Türkiyədəki konsertlərdə çıxış etmək üçün repertuar seçiləcək”.

Klip çəkdirəcək A.Kazımova şikayətlənib:

“Rejissor seçimi üzərində qalmışdıq. İndi isə qiymətlə bağlı danışırıq. Elə məbləğ deyiblər ki... Mən söküldüm. Bir azdan görəcəksiniz ki, mən incəsənət yolunda qalacam. Dedilər ki, Aygün xanım sizin klipləriniz çox orijinaldır. Daha bir orijinal, fərqli klip üçün məbləğ belədir. Məni görəndə elə bil neft buruxları, benzin görürlər. Elə bilirlər milyonlar gəlir. Tək onu deyim ki, klip üçün xərclədiyim məbləğin rekordunu özüm təzələyəcəm”.