Əmrahdan növbəti şok addım

Əmrahdan növbəti şok addım
3078 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Əmrah bu gün evlənir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı müğənni bu dəfə də atdığı addımı ilə hamını təəccübləndirib.

Belə ki, 34 yaşlı sevgilisi Sibel Kirer ilə nikaha girəcək Əmrah gələcək həyat yoldaşına nikah müqaviləsi imzaladıb. Müqaviləyə əsasən, Sibel Kirer ailə həyatı boyunca Əmraha məxsus olan heç bir mal-mülkə ortaq olmayacaq.

Qeyd edək ki, müqaviləni fikirləşmədən belə imzalayan Sibel əvvəllər müğənnilik edib, daha sonra isə makler sənətini seçib. Sibel Kirer 4 aylıq hamilədir və Əmrah ikinci dəfə ata olacaq. Müğənni böyük oğlu Tayfunla münasibətlərində isə problem yaşayır.

Xatırladaq ki, Əmrah bir müddət əvvəl də anasının nəqliyyatdan pulsuz istifadə etməsi üçün xüsusi güzəşt kartı almaqla hər kəsi təəccübləndirmişdi.