Hersoginya yeməkləri çiy yeyir

Hersoginya yeməkləri çiy yeyir
2061 dəfə oxunub
  • A-
  • A
  • A+
Şahzadə Georgini dünyaya gətirdikdən sonra qısa müddətdə əvvəlki bədən quruluşunu bərpa edən Kembric hersoginyası Keyt Middlton “çiy yemək” pəhrizi saxlayır.

Axşam.az “Daily Mail”ə istinadən xəbər verir ki, həftənin bir günü 32 yaşlı hersoginyanın menyusunda qarpız salatı, soyuq pomidor supu, qurd üzümü, buza qoyulmuş çiy balıq və badam südü olur.

Mütəxəssislər qeyd edirlər ki, “çiy yemək” pəhrizinin saç, dırnaq və dəriyə faydası çox böyükdür. Belə ki, bişirilməmiş yeməklər özündə daha çox vitamin və mineral qoruyub saxlayır.

Britaniya mediası isə bu pəhrizin qadınlarda doğuş qabiliyyətini artırdığını və bununla da Middltonun yenidən hamilə qalmağa hazırlaşdığını yazır.