İlhamə Quliyevaya mükafat verdilər

İlhamə Quliyevaya mükafat verdilər
1777 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində mükafatlandırma mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbirdə çıxış edən komitənin sədri Hicran Hüseynova dövlət, ailə və uşaq siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycanın qadın ictimai-siyasi xadimlərinə, millət vəkillərinə, o cümlədən mədəniyyət sahəsinin inkişafındakı xidmətlərinə görə bir sıra tanınmış simalara diplom və böyük mükafatlar təqdim edib.

Həmin xanımların sırasında Dünya Sülh Səfiri, Türk dünyasının sənət kraliçası, Şöhrət ordenli İlhamə xanım Quliyeva da mükafatla təltif olunub.