Ağadadaş Ağayevin videosuna xanımının reaksiyası necə olub? - açıqlama

Ağadadaş Ağayevin videosuna xanımının reaksiyası necə olub? - açıqlama
3234 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Ağadadaş Ağayev bir müddət əvvəl mediada yayılan videosundan və xanımından danışıb.

Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “5/5” verilişinə qonaq olan müğənni deyib ki, kişi küsəndə barışmağı bacarmalıdır:

"Bunun üçün o qədər alternativ yollar var ki... Qadının könlünü almaq asandır. Küsüb yenidən barışanda sevgi daha da çoxalır. Amma gərək qoymayasan küsülülük uzun çəksin. Müğənnilərin işi ağır olur. Evə gec gəlirik. Cəmiyyətin bizdən tələbləri var. Biz millətə məxsusuq”.

A.Ağayev aparıcının “Videonuz yayılanda həyat yoldaşınızın reaksiyası necə oldu” sualına isə belə cavab verib:

“O, ən çətin vaxtlarımda yanımda idi. Biz bir-birimizi gözəl tanıyırıq. Keyfiyyətlərimi ailəmdən yaxşı bilən yoxdur. Həyat yoldaşım bütün məsələlərin içində idi. And içirəm ki, bircə kəlmə də demədi. Əksinə mənə ürək-dirək verirdi. Ağıllı insan məsələlərə başqa cür yanaşmalıdır”.