“Gördüm ki, zombiləşmiş canlıyam” - Faiq Ağayev

“Gördüm ki, zombiləşmiş canlıyam” - Faiq Ağayev
1114 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Faiq Ağayev “Gündəlik” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni sosial şəbəkələrə aludəçiliyindən danışıb. O, gününün çox hissəsini “Facebook”da keçirdiyini etiraf edib:
 
“Bir ara sosial şəbəkələrə daha bağlı idim. Səhər yuxudan dururdum, “Facebook”. Evdən çıxırdım, yenidən qayıdanda eyni hal... Gördüm ki, zombiləşmiş, avtomatlaşmış canlıyam. Bütün günü divanda uzanmışam... Qərar verdim ki, çıxım sosial şəbəkədən. Üç həftə hamısını bağlı saxladım. Sonra dostlarımın istəyi ilə yenidən qayıtdım. Ayrı qaldığım müddətdə o qədər rahat, sakit idim ki...”.