"Seks simvolu olmaq xəyal imiş"

"Seks simvolu olmaq xəyal imiş"
3177 dəfə oxunub
  • A-
  • A
  • A+
Fransız kinosunun məşhur ulduzu, "Allah yaratdı qadını" filmi ilə şöhrət tapan aktrisa Brijit Bardo 80 yaşını qeyd etmək ərəfəsindədir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, son vaxtlar heyvanların hüquqlarının müdafiəçisi kimi gündəmə gələn Bardo "B.B. artıq ölüb. İndi tamam başqa insanam. Həyatımı heyvanlara həsr etmək istəyirəm və ad günü hədiyyəsi olaraq dövlətin heyvanları öldürmə ritualına son verməyini xahiş edirəm" deyib.

Bardo yaradıcılığı barədə də maraqlı açıqlamalar verib: "Kino aləmi saxtakarlıqla doludur. O vaxtlar seks simvolu olmaq gözəl idi. Ancaq bütün bunlar xəyal imiş. Həqiqi həyatı bu yaşımda heyvanlarımla birgə yaşayıram. Onlara qulluq edirəm, əzizləyirəm. Sənətimlə bağlı heç də xiffət çəkmirəm".

Qeyd edək ki, Brijit Bardo 1934-cü il sentyabrın 28-də Parisdə dünyaya gəlib. O, Avropada 1950-60-cı illərin "seks simvolu" seçilib.