“Heç vaxt çimərlik paltarı geyinməmişəm”

“Heç vaxt çimərlik paltarı geyinməmişəm”
4399 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mətanət Əsədova indiyədək dənizə getmədiyini deyib.

Axşam.az-ın məlumatına görə, ifaçı əməkdaşımızla söhbətində çimərlik geyimində utandığını bildirib:

“Həyatım boyunca bir dəfə də olsun, dənizdə çimməmişəm. Heç vaxt çimərlik paltarı geyinməmişəm. Həm utanıram, həm də ailəm icazə vermir. Qaralmaq üçün solariuma gedirəm. Yay istirahətində bölgələrə yollanmışam. Həyatda başıma çox işlər gəlib. Dincəlmək üçün ürəyim elə də açılmayıb”.

M.Əsədova özünü şou-biznesin ən çox toya gedən ifaçısı adlandırıb:
 
“Bütün günü toyum, dəvətlərim var. Məndən çox toyu olan müğənni yoxdur. Elə bil ki, bu el şənlikləri mənim üçün keçirilir. Heç birindən də imtina etmirəm. Ehtiyacımı ödəmək üçün getməliyəm”.