Şahzadənin xanımının ətəyini mühafizəçi qoruyacaq

Şahzadənin xanımının ətəyini mühafizəçi qoruyacaq
2848 dəfə oxunub
  • A-
  • A
  • A+
Britaniya şahzadəsi Uilyam və hersoginya Keyt Midlton qulluqçuların sayını azaltmağı və bununla da pula qənaət etməyi planlaşdırsalar da, əksinə, köməkçilərin sayı tədricən artır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, saraya daha bir xanım-mühafizəçi qəbul olunub. Onun vəzifəsi isə hersoginyanın ətəyinə nəzarət etmək olacaq.

Xatırladaq ki, rəsmi səfərlərin birində ani əsən külək Keyt Midltonun ətəyini qaldırmışdı. Həmin anı çəkməyə müvəffəq olmuş paparassilər şəkli alman tabloidinin üz qabığına çıxartmışdılar.

Bu hadisədən hiddətlənən kraliça II Yelizaveta, Keytə bir daha bu cür hallarla qarşılaşmamaq üçün köməkçi götürməyi tapşırmışdı.