Oteldəki çılpaq qız böyük səs-küy yaratdı

Oteldəki çılpaq qız böyük səs-küy yaratdı
4053 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya çempionatının davam etdiyi bir zamanda ingilis futbolçuların Rioda qaldıqları otelin eyvanında görünən çılpaq qız böyük səs-küyə səbəb olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçuların həyat yoldaşları ilə birlikdə qaldıqları 4 ulduzlu oteldə eyvana çıxan təxminən 20 yaşlı çılpaq qızın şəxsiyyəti və ümumiyyətlə, İngiltərənin milli komanda düşərgəsində nə işi olduğu məlum deyil.

Şahidlərdən birinin ifadəsində "həmin qız heç də utanmırdı. Kiminsə diqqətini üzərinə cəlb etmək istəyirdi. Kameralar tərəfindən çəkiləcəyini çox yaxşı bilirdi" deyib.

Bu hadisə futbolçuların xanımlarını çox əsəbiləşdirib. Otelin mühafizəsi müzakirə mövzusuna çevrilib.

Məlumata görə, İngiltərənin baş məşqçisi Roy Hocson oyunçularının əhvalının pozulmaması və adlarının qalmaqala qarışmamasına xüsusi səy göstərib.