Dünya çempionuna kuboku bu model təqdim edəcək

Dünya çempionuna kuboku bu model təqdim edəcək
1788 dəfə oxunub
  • A-
  • A
  • A+

Braziliyada keçirilən futbol üzrə dünya çempionatının bağlanış mərasimində çempion olan komandaya kuboku təqdim edəcək şəxsin adı açıqlanıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu, braziliyalı model Jizel Bundhendir.

Ulduz Braziliya prezidenti Dilma Russeffin yerinə bu missiyanı reallaşdıracaq. Bundhen 13 iyulda Rio De Janeiroda keçiriləcək final mərasimində “Louis Vuitton” brendinə məxsus, özəl olaraq onun üçün tikilən libas geyinəcək.