"Nə qədər vicdansızam!"

"Nə qədər vicdansızam!"
3762 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli oriyental rəqqasə Didəm Kınalı İbrahim Tatlısəsdən üzr istəyib.

Axşam.az "Habertürk"ə istinadən xəbər verir ki, rəqqasə ötən günlərin birində, səhnədən qazandığı pulun yarısını İbrahim Tatlısəsin sahib olduğu şirkətə ödədiyini demişdi.

Bu iddiadan bərk əsəbiləşən müğənni Twitter hesabında "Nə qədər vicdansızam! Canın sağ olsun, Didəm Kınalı, nə deyim?! İbo şoudan o qədər pul qazan, sonra de ki, qazanmadım. İki il kirayədə qaldın, səndən pul aldım?!" sözlərini yazmışdı.

Didəm dünən qonaq olduğu verilişlərin birində "məni səhv başa düşdü. Elədiklərinə görə minnətdaram. Üzr istəyirəm" deyib.