“Mənə deyir ki, meymuna oxşayırsan” – Günel

“Mənə deyir ki, meymuna oxşayırsan” – Günel
3714 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Azəri qızı Günel Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan sənətçi hər dəfə Azərbaycana gələndə xəstələndiyini deyib:

“Nə vaxt bura gəlirəm, xəstələnirəm. Bu ya hava dəyişikliyindən irəli gəlir, ya da nəzərdir. Bir də ki, Bakıya gələndə kökəlirəm. Əvvəl 45 kiloqram idim. İndi 2 kiloqram artmışam. Bütün günü kolbasa-çörək yeyirəm”.

Atasından danışan G.Zeynalova onunla heç vaxt küsülü qalmadığını söyləyib:

“Atamla küsülü qala bilmirəm. Hərdən hirslənirəm, otağımda oturub, yemək yemirəm. Başlayır əsəbləşməyə... Mənə deyir ki, gəl yemək ye, meymuna oxşayırsan. Arıqlayıb nə günə qalmısan”.