“Eşidəndə tüklərim biz-biz oldu”

“Eşidəndə tüklərim biz-biz oldu”
1733 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Miri Yusif “Ehtiyac” adlı mahnısına klip çəkdirəcək.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Star life” verilişinə açıqlamasında deyib. O, ekran işi üçün maraqlı ssenari fikirləşdiyini söyləyib:

“Kliplərimin hamısı qeyri-adi ssenaridə çəkilib. Bu da maraqlı, fərqli, gözəl duyğularla dolu olacaq. Ssenarini eşidəndə tüklərim biz-biz oldu”.

Miri Yusif növbəti konsertini “Crystal Hall”da verəcəyini bildirib:

“Bunu gələn ilə düşünmüşük. Dəqiq tarixi təşkilatçılar bilir”.