Məşhurlar gəzintiyə nə ilə çıxırlar?

Məşhurlar gəzintiyə nə ilə çıxırlar?
1066 dəfə oxunub
  • A-
  • A
  • A+

Səyahəti kim sevmir ki? Təki imkan olsun. Ondan sonra təyyarə ilə, avtobusla, hətta maşınla da yola çıxmaq olar. Bəs görəsən məşhurlar nə ilə gəzintiyə çıxmağı sevirlər?

Axşam.az xarici mətbuatın apardığı sorğunu təqdim edir:

Ancelina Coli - Məşhur aktrisa səyahətə şəxsi təyyarəsi ilə çıxır. Dünyanın ən güclü təyyarəsi hesab edilən bu minik növünün dəyəri 360 min dollardır. Coli şəhər gəzintisinə çıxdıqda isə velosipedə üstünlük verir.

Bred Pitt - Bu məsələdə aktyorun zövqü həyat yoldaşı ilə üst-üstə düşür. Velosipedin arxa hissəsi isə uşaqlara məxsusdur. Bir az uzaq səyahətə isə aktyor motosikleti ilə gedir. 

Corc Kluney - Ən uzaq səyahətlərə belə motosikletlə gedir. Hətta deyilənə görə, aktyor bir dəfə başqa ölkəyə gedərkən, öz motosikletini də təyyarəyə qoyaraq, özü ilə aparıb.

Con Travolta - Aktyorun 4 milyon dollar dəyərində şəxsi təyyarəsi var. O, bütün səyahətlərə bu təyyarə ilə gedir. Maraqlısı isə odur ki, təyyarəni aktyor özü idarə edir.

Metyu MakKonahi - Tanınmış aktyor furqonundan əl çəkmir. Hara gedir-getsin furqonunu maşının arxasına bağlayır. O, hətta uzun müddət küçələrdə bu furqonda da yaşayır.

Uma Turman - Şəhər gəzintilərini «samakatla» edir. Dediyinə görə, avtomobil idarə etmək onu yorur. 

Conni Depp - İlin 10 ayını yaxtasında keçirir. «Dincəlmək üçün mənə bircə saat bu yaxtada uzanmaq da kifayət edər» deyən Depp, səyahətlərini də bu yaxta ilə edir.

Leonardo Di Kaprio - Təyyarəyə və gəmiyə minməkdən qorxur. Buna görə də əksər səyahətlərini avtomobillə edir. Aktyorun iki avtomobili var: biri klassik, digəri idman stilində.