Hande Yener konsert verdi - fotolar

Hande Yener konsert verdi - fotolar
1593 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin pop ulduzu Hande Yener Bursada konsert verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsert zamanı "Mükəmməl" adlı albomundan mahnılar səsləndirən müğənni tamaşaçılara unudulmaz anlar yaşadıb.

Geniş repertuar hazırlayan Yener iki saatdan çox səhnədə olub. Müğənninin səhnə şousunu canlı olaraq 3 mindən çox tamaşaçı izləyib. Səhnədən tamaşaçıların yanına düşən Hande Yener mahnılarını xor şəklində də səsləndirib.

Qeyd edək ki, konsert proqramından əvvəl jurnalistlərin suallarını cavablandıran müğənni oğlu Çağınla birlikdə səhnəyə çıxmaq istədiyini deyib: "Musiqiyə qayıtdığı üçün çox xoşbəxtəm. Düşünürəm ki, səhnəyə birlikdə çıxacağıq".