Həyat yoldaşı Antonio Banderasın adını qolundan sildirdi

Həyat yoldaşı Antonio Banderasın adını qolundan sildirdi
1812 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivudun ən yaraşıqlı aktyorlarından hesab edilən Antonio Banderasın 18 il sonra həyat yoldaşı Melani Qriffitdən boşanması haqqında xəbər vermişdik.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, evlilikləri müddətində xoşbəxt olan Melani qoluna ürək, içində isə Antonio adını həkk etdirmişdi.

Bu günlərdə Qriffit tədbirlərin birində fotoqrafların hədəfinə tuş gəlib. Qolundan Antonio sözünü sildirən Melani ürəyi olduğu kimi saxlayıb. 56 yaşlı aktrisanın tatuajını sildiyini nümayiş etdirməyə çalışması da diqqətdən qaçmayıb.