Nejat İşlərin barmaqları kəsildi

Nejat İşlərin barmaqları kəsildi
3048 dəfə oxunub
  • A-
  • A
  • A+
Ağciyər infeksiyası və nəfəs çatışmazlığı səbəbindən septik şok keçirən və 95 gün reanimasiyada yatan türkiyəli aktyor Nejat İşlər yenidən əməliyyat olunub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor ötən günlərdə sağ əl barmaqlarındakı göyərmələrə görə yenidən xəstəxanaya yollanıb.

Beş saat davam edən əməliyyat zamanı İşlərin iki barmağı amputasiya edilib, digər üç barmağında isə aşılanma aparılıb.