Şahzadənin xanımı eyni paltarı təkrar geyinir - fotolar

Şahzadənin xanımı eyni paltarı təkrar geyinir - fotolar
2141 dəfə oxunub
  • A-
  • A
  • A+
Kembric hersoginyası, Britaniya kraliçası II Yelizavetanın nəvəsi şahzadə Uilyamın xanımı Keyt Midlton bu gün, İkinci Dünya Müharibəsi zamanı kəşfiyyatçı olan nənəsi Valeriya Qlassbarounun xidmət etdiyi Bletçey parkının açılışına qatılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bütün gözlər yenə də gələcək kralın xanımında olub.

Belə ki, insanlarla səmimi münasibətinə görə alqışlanan Keyt geyimi ilə diqqət çəkib. Hersoginya yenidən, 2011-ci ildə tədbirlərdən birinə geyindiyi paltarda və ayaqqabılarda olub.

Xatırladaq ki, bu, hersoginyanın geyimi ilə bağlı rast gəlinən birinci hal deyil. Bir libası bir dəfə istifadə edən kral ailəsinin digər üzvlərindən fərqli olaraq, Keyt Midlton eyni paltarı dəfələrlə geyinir.

Deyilənlərə görə, hersoginya hətta anasının paltarından da istifadə edib. Media isə bunu Kral ailəsinin qənaət siyasəti ilə əlaqələndirir.