Murat Boz haqqında yayılan şayiəyə sərt cavab verdi

Murat Boz haqqında yayılan şayiəyə sərt cavab verdi
2576 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli pop ulduz Murad Boz haqqında yayılan xəbərlərə əsəbləşib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan məlumatlara görə, "Möhtəşəm yüz il" serialında Sultan Süleyman obrazını canlandıran aktyor Halit Ərgənçin köçdüyü evi alan Murad Boz "evin hər tərəfi "Sultan Süleyman"ın saqqalının tükü ilə doludur. Əlimi hara atsam, tükə dəyir. Evi təmizləyə bilmirik" söyləyib.

Bu şayiəni eşidən müğənni Twitter səhifəsində sərt açıqlama verib: "Bu xəbərlərin əsası yoxdur! Ayıbdır! Halit Ərgənçi qardaşım kimi görürəm. Kiməsə saç-saqqalına görə lağ edəcək qədər də aciz deyiləm!"