Sevda Ələkbərzadə toyunu gizli etmək istəyib

Sevda Ələkbərzadə toyunu gizli etmək istəyib
2101 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Sevda Ələkbərzadə "Bizim gün" verilişində yeni qurduğu ailəsindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni şəxsi həyatı haqqında yazılanlardan narahat olduğunu deyib:

“22 ildir, sənətdəyəm. Heç vaxt şəxsi həyatımla bağlı açıqlama verməmişəm. Hər zaman çalışmışam ki, işimlə gündəmdə olum. Toyumu da gizli etmək istəyirdim. Mənim ailə quracağımı kimsə bilməyəcəkdi. Bu xəbər istəmədən mediaya sızdı, yazdılar. Amma gördüm ki, insanlar mənfi fikir bildirmirlər. Hamı, ən az, mənim qədər sevinirdi. Bu da mənə təsəlli oldu”.

Xatırladaq ki, Sevda Ələkbərzadə Kamyar adlı Cənubi azərbaycanlı ilə ailə qurub.