"Arda sarışın qadınları sevir"

"Arda sarışın qadınları sevir"
1247 dəfə oxunub
  • A-
  • A
  • A+
İspan yazıçısı Xuan Esteban Rodriqez Qarrido türkiyəli futbolçu Arda Turanın həyatından bəhs edən kitab yazıb.

Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, "Arda Turan Bayrampaşanın dahisi" adlı kitabda futbolçuya aid diqqətçəkən məqamlardan bəhs edilib. Bunlardan biri də Ardanın sarışın qızlara olan marağı haqqındadır.

Müəllif kitabında onun bu marağının Madriddə futbolçunu dəstəkləyən "Frente Kebab" adlı qrupun üzvləri arasında sıx-sıx müzakirə mövzusu olduğunu yazıb:

"Qrupun toplaşdığı kabab restoranında Ardanın əhvalını yüksəldən, onun sarışın qadınlara meylini ifadə edən mahnılar səsləndirilir. Qrup üzvləri hətta ona "növbəti sevgilin Paris Hilton olacaq" deyirlər".

İspaniyanın "Atletiko-Madrid" klubunda forma geyinən Ardanın həyatı haqqında yazılmış futbol azarkeşlərinin maraq göstərdiyi bu kitab türkcəyə də çevrilib.

Xatırladaq ki, Arda Turanın, aktrisa Sinem Koballa münasibətlərini bitirəndən sonra teleaparıcı və aktrisa Burcu Əsmərsoyla sevgili olması xəbərləri yayılmışdı. Onların hər ikisi sarışın olub.