Ötən gün Rusiya paytaxtında 36-cı Beynəlxalq Moskva kinofestivalının açılış mərasimi keçirilib.

1937.az Rusiya mətbuatına istinadən xəbər verir ki, festivalın əsas mükafatı uğrunda 16 film mübarizə aparacaq. Rusiyanı festivalda Valeriy Qay Germankinin “Hə və Hə” və Vladimir Tumayevin “Ağ şibyə” filmləri təmsil edir. Festival iyunun 28-ə qədər davam edəcək.

Moskva Beynəlxalq kinofestivalı çərçivəsində həmçinin, sənədli və qısametrajlı filmlər müsabiqəsi keçiriləcək.

“Qısametr guşəsi” adlanan proqram çərçivəsində ötən ay ölkəmizi nüfuzlu Kann kinofestivalında da təmsil edən “Torn” filmi yarışacaq.

Almaniyada yaşayan azərbaycanlı rejissor Elmar İmanovun və türkiyəli həmkarı Engin Kundağın ortaq işi iki fərqli həyat, iki fərqli dünya haqdadır. Qonşu uşaqlarla dostlaşmaq istəyən balaca oğlan və damda sevgilisiylə görüşə tələsən kişi. Yan-yana yaşayan, amma bir-birindən çox uzaq ata və oğul.

Filmdə Mirmövsüm Mirzəzadə, Zülfiyyə Qurbanova və Rasim Cəfər çəkiliblər.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan, Kann festivalında ölkəmizi təmsil edən digər qısametrajlı film – “Sonuncu” da Moskva Beynəlxalq kinofestivalında nümayiş olunacaq.





                 

Digər Xəbərlər