“Elnarəylə polis arasındakı hadisə xoş deyildi”

“Elnarəylə polis arasındakı hadisə xoş deyildi”
2106 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlu müğənni Elnarə Xəlilovanın avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı son vaxtlar gündəmdən düşməyən məsələyə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, 106.3 FM-də yayımlanan “Muleyli” şousunda qonaq olan sənətçi baş verənlərlə əlaqədar bunları deyib:

“Elnarənin həyatında belə bir hadisənin yaşanmasını istəməzdim. Dünən yaxınlaşıb, məsələ ilə bağlı fikrini öyrənmək istədim. Dedi ki, mətbuat konfransı keçirəcəm, hər şeyi orada danışacam. Mən də hər zaman yanında olacağımı dedim. Yəqin, Elnarənin də deyiləsi sözü var. Müğənni həmkarımla yol polisi arasında bu hadisənin yaşanması xoş deyildi. Mən heç vaxt belə bir risk etməzdim. Çünki bilirəm ki, bu, qanun pozuntusudur”.

Xatırladaq ki, Elnarə, avtomobilinin ön hissəsindəki dövlət nömrə nişanının yerinə kustar üsulla hazırlanmış, qeyri-standart və üzərində adının yazıldığı lövhə yapışdırdığına və yol hərəkəti qaydalarını pozduğuna görə, yol polisi əməkdaşları tərəfindən saxlanılmış və avtomobili cərimə meydançasına aparılmışdı.