"Şou-biznesin ən incə xanımı özüməm"

"Şou-biznesin ən incə xanımı özüməm"
3535 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Səidə Sultan bu yay istirahətə yollanmayacaq.

Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi yeni layihələr düşündüyünü və yay aylarında onları gerçəkləşdirəcəyini deyib:

“Belə bir qərara gəlmişəm: yayda dincəlməyəcəm. Ancaq yeniliklər təqdim edəcəm. Çox maraqlı layihələrim, planlarım var. Uzun müddətdir, boş oturmuşam”.

Səidə hər zaman formada qalmağından da danışıb:
 
“Gimnastikanı xoşlayıram, amma məşğul olmuram. Hərdən idman edirəm. Ciddi pəhriz saxlamıram. İştahasızlıqdan əziyyət çəkirəm. Həm də kökəlməyə meyilli deyiləm. Buna görə də, şou-biznesin ən incə xanımı özüməm. Düzdür, sənət aləmində arıq qızlarımız var. Amma mənim kimi incəsi yoxdur. Boyum1,52, çəkim 45 kiloqramdır. Ayaqqabımın ölçüsü 35-dir. Hərdən geyimlərimi uşaq mağazalarından alıram. 12 yaşlı uşağın əyninə olan libas mənə də gəlir. Bunu deməkdən utanmıram”.