Ebru və Rezanın yaxta gəzintisi - fotolar

Ebru və Rezanın yaxta gəzintisi - fotolar
3221 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan azərbaycanlı iş adamı, müğənni Ebru Gündeşin həyat yoldaşı Reza Zərrab "60 Years" adlı yaxtası ilə dəniz gəzintisinə çıxıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, iki gənci döydürməsi iddiası ilə polis bölməsində izahat verən Reza istirahətə dostları və həyat yoldaşı ilə birlikdə yollanıb. Həbsdən çıxdıqdan sonra ilk dəfə istirahətə gedən Reza bir qədər dənizdə üzdükdən sonra yaxtasına qayıdıb. Onun əhvalının xoş olması diqqətdən qaçmayıb. Ebru Gündeş də dənizə girib, günəş vannası qəbul edib. Cütlüyün yaxtası axşam saatlarında Bodruma sahilə geri qayıdıb.

Qeyd edək ki, ötən gün Bodrumda istirahət edən bir qrup gənc Reza Zərrabı görüncə "oğru var. Bu yaxtanı hansı pulla aldın" deyə qışqırıb. Gənclərin iş adamının cangüdənləri tərəfindən döyüldüyü iddia edilir.