Günel sponsor axtarır

Günel sponsor axtarır
2183 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Azəri Günel Zeynalova sponsor axtarır.

Axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında sponsor tapmadığına görə planlaşdırdığı konsertləri təxirə saldığını deyir:
 
"Söz vermişdim ki, bölgələrdə konsert verəcəm. Bu konsertlərdən təmənna güdmürdüm. Ona görə də, sponsor axtarırdım. Amma hələ ki, tapa bilmirik. Sponsor olsa, mən konsertə hazıram".

Nişanlısı da Bakıda olan Günel şəxsi həyatından danışaraq, toylarının qışda olacağını deyib:
 
“Üç ildir, nişanlıyıq. Hamı toyu soruşur. Əvvəl istəyirdik ki, yayda edək. Sonra dedik ki, qışda olsun. Nişanlım indi Bakıdadır. Həm işlə bağlı, həm də məni görməyə gəlib".