Acundan yeni veriliş: "Dilimin ucunda"

Acundan yeni veriliş: "Dilimin ucunda"
2617 dəfə oxunub
  • A-
  • A
  • A+
“Fear Factor”, “Survivor”, “Varmısın, yokmusun”, “Devler ligi”, “Yetenek Sizsiniz Türkiye”, “Yok böyle dans” və “O ses Türkiye” kimi ən reytinqli televiziya verilişlərinin müəllifi Acun Ilıcalı yeni yarışma proqramı hazırlayır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni mövsümdə başlayacaq verilişin adı “Dilimin ucunda”dır.

Ötən ilin noyabrında “Tv8” kanalını alan, televiziya dünyasının “dahi uşağ”ı adlandırılan Ilıcalı kanalın və yeni proqramının yayımına ciddi hazırlaşır.

On il əvvəl müğənni Sərdar Ortaçın aparıcılığı ilə təqdim olunan və “Ən yaxşı müsabiqə” mükafatına layiq görülən “Hep beraber”in bənzəri “Dilimin ucunda” yarışmasının ilkin mərhələsində “O ses Türkiye”nin sonuncu finalçıları iştirakçı olacaq. Proqramın moderatoruluğunu isə müğənni Murad Dalkılıç edəcək.

Qeyd edək ki, “Acun Media” yaxın günlərdə müsabiqənin sınaq çəkilişlərinə başlayacaq.