Konçita azərbaycanlı müğənniyə evlilik təklifi etdi: “Barmağıma üzük tax!”

Konçita azərbaycanlı müğənniyə evlilik təklifi etdi: “Barmağıma üzük tax!”
9139 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2014”ün qalibi Konçita Vurst Azərbaycanın həmin müsabiqədəki təmsilçilərindən Fərid Məmmədova sevgisini etiraf edib.

Axşam.az "Onlar" verilişinə istinadən xəbər verir ki, aylar öncə müsahibə verən Konçita Fəridin onun xəyallarındakı oğlan olduğunu deyib.

Bu hadisənin üstündən bir müddət keçdikdən sonra isə müğənni Konçitanın mahnısını ifa edərək öz İnstaqram səhifəsində paylaşıb.

Fəridə xüsusi simpatiyası olan K.Vurst bunu eşitdikdə gözlənilməz reaksiya verib:

“Ola bilməz, siz mənimlə zarafat edirsiniz? Əgər bəyənirsənsə, barmağıma üzük tax!”.