Cessika Alba xına yaxdı - fotolar

Cessika Alba xına yaxdı - fotolar
3408 dəfə oxunub
  • A-
  • A
  • A+
"Altın kələbək" mükafatlandırma mərasiminin xüsusi qonağı qismində Türkiyədə olan Hollivud ulduzu Cessika Alba dünən axşam getdiyi məkanlardan birində ənənəvi xına mərasiminin qonağı olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məkanda təşkil olunmuş xına gecəsindəki maraqlı səhnələri izləyən Alba adətlərə uyğun olaraq barmağına xına yaxıb.

O, əyləncəli gecənin təşkilatçılarını masasına dəvət edərək onlarla şəkillər çəkdirib.

Aktrisa yediyi yeməklərin, göstərilən şouların da fotolarını və videosunu lentə alıb.