"Medcezir" sevgililərinə qadağa

"Medcezir" sevgililərinə qadağa
3521 dəfə oxunub
  • A-
  • A
  • A+
Yunan adalarında istirahət etdikdən sonra Türkiyəyə qayıdan Serenay Sarıkaya və Çağatay Ulusoya birlikdə çəkildikləri "Medcezir" serialının prodüseri tərəfindən xəbərdarlıq edilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbulda restoranlardan birində dostları ilə birlikdə şam edən cütlük bərabər görüntülənməməyə çalışıb.

Buna səbəb isə prodüser Kərəm Çatayın onlara, seriala ziyan vura biləcəyinə görə bundan sonra obyektivlərin qarşısında bir yerdə görünmələrini qadağan etməsidir.

Serenay və Çağatay ayrı-ayrılıqda öz avtomobillərində restorandan uzaqlaşsalar da, başqa bir məkanda səhərə qədər birlikdə əyləniblər.